Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulacaq.
Newsport.az-ın məlumatına görə, son oyun günündə 2 matç keçiriləcək. 2-ci pillədə qərarlaşan "Zirə" 3-cü pillədə yer alan "Qəbələ"nin qonağı olacaq. Komandalar arasında 2 xal fərqinin olması oyuna marağı bir qədər də artırır.
Günün digər matçında isə "Neftçi" öz meydanında "Sumqayıt"la qarşılaşacaq.
13 mart (bazar)
16:00.“Qəbələ” – “Zirə” 0-0 (66-cı dəqiqədən təxirə salınıb)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Qəbələ şəhər stadionu
18:15.“Neftçi” – “Sumqayıt” 2-1
Qol: Emin Mahmudov, 18, 83(pen) - Rəhim Sadıxov, 24
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Rahil Ramazanov, Elçin Məsiyev
“Bakcell Arena”