"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 19-cu turunda "Sabah"la matçda (1:0) zədələnən futbolçusu Toral Bayramovun son durumu haqda danışıb.
Newsport.az-ın məlumatına görə, o, 21 yaşlı yarımmüdafiəçinin ayağında şiş olduğunu deyib: "Rəqib oyunçu ona epizod zamanı xəsarət yetirdi. Durumuna sabah aydınlıq gələcək. Ağrılar olmasa, ola bilər ki, 4-5 gün meydandan kənarda qalsın".
Qeyd edək ki, Bayramov 26-cı dəqiqədə Elvin Cəfərquliyevlə əvəzlənib.