"Neftçi" - "Sumqayıt": biletlər satışda

Premyer Liqanın 19-cu turu çərçivəsində martın 13-ü saat 18:15-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” oyununun biletləri satışa çıxarılıb.

Newsport.az xəbər verir ki, qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Kassalar bu gün saat 18:00-dək, oyun günü isə 11:00-dan 18:15-dək işləyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right