Azərbaycandan bu siyahıya yalnız Qara düşdü

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının rekordçuları siyahısına düşüb.

Newsport.az-ın xəbərinə görə, o, keçmiş SSRİ məkanı ölkələri futbolçuları arasında Avroliqada ən çox matç keçirən oyunçuların TOP-10-luğunda 10-cu yeri tutur. 

İnstaqramdakı Transfermarkt_mir_official səhifəsi siyahını hazırlayarkən Avroliqanın keçirilməyə başladığı 2009/10 mövsümündən indiyə qədərki dövrü əhatə edib. Q.Qarayev sözügedən yarışdakı 7 mövsümdə 38 dəfə meydana çıxıb. Bu, Azərbaycan və “Qarabağ”ın futbolçuları arasında ən yaxşı göstəricidir.

Siyahıda ilk üç yeri Yevgeni Konoplyanka (8 mövsüm, 57 oyun), Henrik Mxitaryan (6 mövsüm, 55 oyun) və Andrey Yarmolenko (9 mövsüm, 47 oyun) tutur.  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right