Sənan Qurbanov: "Oyundan əvvəl tapşırmışdım ki, meydanda sən danışacaqsan"

Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən "Keşlə" – "Qarabağ" matçından sonra ev sahiblərinin baş məşqçisi Sənan Qurbanov mətbuat konfransında çıxış edib.

Newsport.az-ın məlumatına görə, o, komandasının qolsuz heç-heçə ilə bitən matçını dəyərləndirib:

“Qarabağ”a qarşı evdə və səfərdə oynamaq çətindi. Məğlubiyyətlərdən sonra qorxumuz var idi ki, komandada ruh düşkünlüyü olmasın. Oyunçularla danışdıq ki, aqressivlik və istəkli olmaq lazımdı. Neqativ halları beynimizdən atmalıyıq. “Qarabağ” güclü komandadı. Buna rəğmən futbolçular məsuliyyətli oldular. Qol imkanlarımız da var idi. Əsas odur ki, ruh düşkünlüyü olmasın və oyundan-oyuna inkişaf edək.

- “Keşlə”nin hücumçulardan çəkdiyi nədir?
- Oyunçulara hücum planında bu gün də xatırlatdım ki, qol vurmalı və daha yaradıcı olmalıyıq. Deməzdim ki, hücumçular zəif çıxış etdi. Hücumda da gözəçarpan məqamlar var idi. Qol imkanlarını dəyərləndirə bilmirik. İstəmirəm bu bizdə stress yaratsın. Bunu başqa tərzdə futbolçulara çatdırıram.

- Demək olar ki, Natan Oduva sizi üç xaldan etdi?
- İlyarılm futbolsuz qalan futbolçudu. Potensialına inanıb gətirmişik. O da daha yaxşı olmaq üçün səy göstərir. Oyun praktikasından əziyyət çəkir. Geniş futbolçu heyətimiz yoxdu ki, Natanı yavaş-yavaş oynadaq. Oynaya-oynaya qollar vuracaq. Taktiki olaraq da tapşırıqları yerinə yetirməyə çalışır.

- Şəhriyar Əliyevlə oyundan sonra xüsusi görüşdünüz. Mətbuatda onunla münasibətinizin yaxşı olmadığı deyilirdi. Bu görüş barışıq əlaməti idi?
- Şəhriyardan həmişə çox şey gözləmişəm. Oyundan əvvəl də tapşırdım ki, bu gün meydanda sən danışacaqsan, kənarda mən. Bəzi tapşırıqlar vermişdim ona, öhdəsindən gəldi. Kapitan və lider kimi ağırlığını meydanda qoya bildi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right