17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində 8-14 mart tarixlərində Albaniyada keçirəcək oyunlar üçün heyəti açıqlanıb.
Newsport.az xəbər verir ki, millimiz seçmə mərhələyə hazırlıq məqsədi ilə martın 1-dən 4-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
Heyətə dəvət olunmuş futbolçuların siyahısını və millimizin oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
8 mart
17:30. Albaniya – Azərbaycan
Elbasan Arena (Elbasan)
11 mart
15:00. Azərbaycan – Şimali Makedoniya
Egnatia Stadionu (Rrogozhine)
14 mart
17:30. Azərbaycan- Şotlandiya
Egnatia Stadionu (Rrogozhine)
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
-
Mustafazadə Rabiyə – Xırdalan Siti
-
İsayeva Məryəm – Gömrükçü
-
Mirzəyeva Aytac – Neftçi
-
Hüseynli Fatimeyi-Zəhra – Balxurma
-
Seyidova Müjgan – Balxurma
-
Həsənova Aydan – Neftçi
-
Piriyeva Şəkər – Gömrükçü
-
Abbaszadə Lalə – Neftçi
-
Adimova Lamiyə – Qəbələ
-
Haqverdiyeva İntizar – Neftci
-
Hacıyeva Mələk – 8-RİOEUGİM
-
Həsənli Səma – Qəbələ
-
Məhərrəmli Fatimə – Gömrükçü
-
Hacıyeva Əsmayə – 8-RİOEUGİM
-
Gencay Sheyma Nur – Yukatel Kayseri (Türkiyə)
-
Kesmez Sumeyra – Aksaray Spor (Türkiyə)
-
Yıldiz Gülbahar – Yukatel Kayseri (Türkiyə)
-
Abdullayeva Pərişan – Nuxa
-
Nəzərli Məsumə – Neftçi
-
Əliyeva Röya – Neftçi