Elmar Baxşıyev: "Komandanın çıxışından razıyam"

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 17-ci turunun "Sumqayıt"la matçından sonra mətbuat konfransında iştirak edib.

Newsport.az-ın məlumatına görə, Baxşıyev komandasının səfərdəki 4:0 hesablı qələbəsini belə şərh edib:

"Bilirdik ki, çətin səfər oyunu olacaq. “Sumqayıt” sonuncu pillələrdə olsa da, yaxşı futbolçuların cəmləşdiyi kollektivdi. Komandanı ağır oyuna hazırlamışdıq. İlk dəqiqələrdən dinamik və istədiyimiz oyunu oynadıq. Ümumi götürsək, komandanın çıxışından razıyam. İnanıram ki, qarşıdakı oyunlarda daha da məzmunlu futbol göstərəcəyik”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right