Murad Musayev: "Bu, bizim daxili işimizdir"

Azərbaycan Premyer Liqasında XVII turun "Sabah" - "Neftçi" oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahibi komandanın baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi.

- Çox gərgin mübarizə oldu. Hər iki komandanın qələbə şansları var idi. Təəssüflər olsun ki, artıq 3 oyundur, ilk hissəni yaxş oynayırıq, fasilədən sonra rəqibin ilk hücumunda qol buraxırıq. Yaxşı imkanlarımız oldu, hesabı dəyişə bilmədik. Məyusedicidir ki, rəqibin cəmi 1 təhlükəli hücumu oldu və fərqləndi.

- Sanki meydanda lider çatışmır.
- İndi bunu müzakirə etmək istəmirəm. Hesab edirəm ki, bu, bizim daxili işimizdir.

- İstədiyiniz komandanı formalaşdıra bilmisiz?
- 3 oyun uduzmuşuq. Belə çıxır ki, istədiyimi tam formalaşdıra bilməmişəm.

- Komanda ikinci hissələrdə istədiyi kimi oynaya bilmir. Səbəb nədir?
- Yəqin ki, bu, başla əlaqədardır. Diqqətimizi itiririk. Bu, bizdə problemdir və bu, son oyunlarda bizi qələbələrdən edir.

- "Sabah"ın avrokubok şansını itirdiyini demək olar?
- Şanslar çox az qalıb. Demək olar tükənib. Hər oyunçunun itkisi bizim üçün çətindir. Sebalyos 4 aylıq sıradan çıxıb. Xulio zədələndi, Kamara da yoxdur. Onların heyətdə olmaması oyunumuza təsir edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right