Aqil Məmmədov: "Azərbaycanda heç kim əməliyyatı qəbul etmədi"

Türkiyənin Kayseri şəhərində əməliyyat olunan "Neftçi"nin futbolçusu Aqil Məmmədov açıqlama verib.

Newsport.az "TRT Spor"a istinadən xəbər verir ki, 32 yaşlı oyunçu Azərbaycanda heç bir həkimin əməliyyata razılıq vermədiyini söyləyib:

"Bura gələndə dizim çox pis idi. Azərbaycanda həkim axtardıq. MRT nəticələrini göndərdik və heç kim əməliyyatı qəbul etmədi. Burada Sinan doktor razılıq verdi. Dizim çox pis idi. Yaxşı əməliyyat keçdi. Artıq 3 gündür buradayam. İnşallah, daha tez şəkildə komandama qoşula bilərəm".

Aqili əməliyyat edən həkim Sinan Karaoğlu oyunçunun 6-8 həftə sonra komandaya qoşula biləcəyini qeyd edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right