“Qəbələ” cərimə olundu

AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun ¼ final və birinci divizionun 15-ci turu ilə bağlı cəzaları açıqlayıb.

Newsport.az həmin qərarları təqdim edir:

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Qəbələ” – “Sumqayıt” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

I Divizionun XV turunun “Səbail-2” – MOİK oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur (maddə 39);

“Səbail-2” komandası vaxtında protokolu tərtib etmədiyi üçün 80 manat cərimə olunur (maddə 54);

“Səbail-2” komandasının futbolçusu Mehman Mənsimov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);

MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

MOİK klubu vaxtında protokolu tərtib etmədiyi üçün 80 manat cərimə olunur (maddə 54);

XV turun “Sumqayıt-2” – “Qarabağ-2” oyununda “Sumqayıt-2” komandasının futbolçusu Bədir Ziyadov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);

XV turun “Neftçi-2” – “Qəbələ-2” oyununda “Neftçi-2” komandasının futbolçusu Nihad Qurbanlı rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1).

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right