Azərbaycan Premyer Liqasında XV turun "Sabah" - "Qəbələ" (3:0) matçından sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı.
Newsport.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirdi...
- Düşündüyümüz kimi, ağır oyun keçdi. "Sabah" iddialı komandadı. Güclü heyətləri var. Matça yaxşı başladıq, amma əlimizə düşən imkanları dəyərləndirə bilmədik. Rəqib layiqli qələbə qazandı.
- Hakimlikdən narazı qaldız?
- Hakimlərə də qiymət verən qurum var. İnanıram ki, onlar da oyuna baxacaq, lazımi qiyməti verəcək. Köməkçimə hansı səbəbdən sarı vərəqə verildi, bilmədik. Ümumi oyun idarəçiliyi normal idi.
- Ruan Renatonun meydanda olmaması komandaya təsir etdi?
- Yoxluğu bizə təsir edir. O, bizim əsas oyunçularımızdandı. Ruhdan düşməyəcək, işimizə davam edəcəyik.