Ukrayna mətbuatı "Qarabağ"ın forvardından yazdı

Ukrayna mətbuatı yerli klublardan xarici komandalara transfer olan futbolçular haqda yazıb.

Newsport.az-ın məlumatına görə, ukraynalı həmkarlarımız bu siyahıda “Minay”dan “Qarabağ”a keçən Rüstəm Əhmədzadəyə də yer verib.

Onlar millimizin hücumçusunun Ağdam klubuna transferini bu cür şərh edib: "Ukrayna Premyer Liqasının autsayder komandasından, səviyyəsi o qədər yüksək olmasa belə, daim avrokuboklarda çıxış edən xarici liqanın lider klubuna transfer olmaq əsl inkişafdı.

Əhmədzadə “Minay”da o qədər çox qol vurmasa da, onu Zakarpatya klubunun ən yaxşı oyunçusu adlandırmaq olardı. Onun çox yaxşı sürəti və driblinqi var. Başla da çox yaxşı oynayır. Rüstəm 2026-cı ilin yayına kimi “Qarabağ”da oynayacaq. Bu transferə görə “Minay” 200 min avro qazanıb” (Sport.ua)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right