Qurban Qurbanov: "Neftçi" ilə xal fərqi komandada arxayınlıq yaratmayacaq"

Azərbaycan Premyer Liqasında XV turun “Neftçi” – “Qarabağ” (0:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi...

- Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xalı yaxşı oyunla qazandılar. Güclü, istəkli komandaya qarşı oynayırdıq. Bəzi peizodlarda arxayınlıq oldu. Qələbə öz yerində, inanıram ki, bu oyunun analizinin komandamız üçün çox faydası olacaq. Bəzi məqamlarda daha dəqiq, diqqətli olmalıydıq. Hər bir halda oyundan, futbolçuların istəkli olmasından razıyam. İki komandanın azarkeşləri də möhtəşəm idi. Düşünürəm ki, onlar üçün baxımlı oyun oldu.

- Protokolda 3 əsas oyunçunun adı yox idi: Maksim Medvedev, Qara Qarayev və İbrahima Vadji...
- Maksim kubok oyununda əzələ zədəsi almışdıq. Bunu bir az ciddiyə də almaq olar. Amma hər şey yaxşılığa doğru gedir. Vadji dünən özünü bir az narahat hiss edirdi, qızdırması var idi. Test nəticəsi neqativ çıxdı. Amma oynatmağa risk etmədik. “Keşlə” ilə oyundan sonra Qaranın da qızdırması olmuşdu. İki gündü məşq edir.

- Oyunun sonlarında əsəbi görünürdüz. Bu, hakimlərin qərarları ilə bağlı idi?
- Hakimlərə elə bir etiraz etmədim. Öz oyunçularımızın təkrarlanan səhvlərinə reaksiya göstərirdim.

- Fransadan bir futbolçuya 3 illik müqavilə təklif olunduğu yazılıb...
- Çox futbolçuya müqavilə göndərmişik. Danışıqlar gedir. Həmin futbolçu da onlardan biridi.

- Ad açıqlaya bilərsiz?
- Xeyir.

- Çempionluq yolunda əsas rəqiblərinizdən biri “Neftçi” ilə fərqi xeyli artırdız. Bu, komandada arxayınlıq yaratmayacaq?
- İnanmıram. Həmişə çalışırıq ki, futbolçularımız işlərinə sevgi ilə yanaşsınlar. Əgər belə olsa, inanmıram ki, arxayınlıq yaransın. Hər oyundan həzz almalıdılar. Bu da qələbəni şərtləndirir. Bizim işimiz arxayınlıq olmamasına çalışmaqdı. Daha baxımlı, yaxşı oynamalıyıq ki, həm azarkeşlərimiz razı qalsın, həm də nəticələrimiz yaxşı olsun.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right