“Sabah” heyətini daha bir futbolçu ilə gücləndirib.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi Hiqor Qabriellə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Braziliyanın “Fluminense” klubunun yetirməsi olan 22 yaşlı oyunçu karyerası ərzində “Rio Branko”da da çıxış edib.
Xatırladaq ki, “Sabah” dünən brazilyalı yarımmüdafoəçi Kristian da Silva Fillə də 1,5 illik müqavilə bağladığını açıqlayıb.