Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq prosesi çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, İraq U-20 millisinə qarşı keçirilən oyun 2:2 hesabı ilə yekunlaşıb.
Millimizin qollarını Mahmud Ağayev və Ege Bilsel vurub.