"Rio Ave"nin futbolçusu Vitor Qomeş Azərbaycanda oynaya bilərmiş.
Newsport.az xəbər verir ki, 34 yaşlı portuqaliyalı futbolçu 2015/2016 mövsümünün sonunda Azərbaycan klublarından təklif aldığını söyləyib:
"2015/2016 mövsümünün sonunda azad agent oldum. Rahat və dinc idim. Yenidən ölkə xaricinə yollanmaq istəyirdim. Azərbaycandan təkliflər var idi, lakin xoşuma gələn bir şey olmadı. “Belenenseş”dən təklif gələnədək gözləməyi seçdim".
2021-ci ilin yayından “Rio Ave”də çıxış edən Qomeş 2016/2017 mövsümündə “Belenenseş”in uğurları üçün çalışıb.