Azər Əliyev "Neftçi"də azərbaycanlı futbolçu statusunda oynayacaq

"Neftçi"nin yeni transferi Azər Əliyev azərbaycanlı futbolçu statusunda oynayacaq.

Newsport.az -ın məlumatına görə, bu barədə "ağ-qaralar"ın idman direktoru Zaur Əzizov klubun rəsmi televiziyasına açıqlama verib.

Əzizov bildirib ki, 28 yaşlı yarımmüdafiəçi azərbaycanlıdır: "Bununla bağlı açılqlama veriləcək. Onunla bütün danışıqlar doğma dildə olub".

Qeyd edək ki, son klubu Rusiya "Ufa"sı olan Azər Əliyev "Neftçi" ilə 3,5 illik müqavilə imzalanıb. Futbolçunun Azərbaycan millisinə cəlb olunması da gündəmdədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right