"Qarabağ" Antalya toplanışını başa vurdu

"Qarabağ" Antalya toplanışını yekunlaşdırıb.

Newsport.az xəbər verir ki, Qurban Qurbanovun komandası bu gün Bakıya qayıdır.

Komanda mövsümün ikinci yarısına hazırlıq üçün yanvarın 12-də Türkiyəyə yollanmışdı. Ağdam təmsilçisi qardaş ölkədə 4 yoxlama matçı keçirib. İlk görüşdə Rumıniyanın "Qaz Metan" komandası ilə qolsuz heç-heçə edən komanda daha sonra "Slyonsk"a (Polşa) 2:3, "Baçka Topola"ya (Serbiya) isə 0:1 hesabı ilə uduzub. Sonuncu matç isə Polşanın "Visla" (Krakov) klubu ilə olub. Oyun qolsuz başa çatıb.

Toplanışı dəyərləndirən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov hazırlıqdan və futbolçularından razı qaldığını bildirib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right