Millimiz İspaniyaya qarşı Yenilənir

Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsində bu gün ikinci oyununu keçirəcək.

Newsport.az xəbər verir ki, millimiz İspaniya ilə qarşılaşacaq. Niderlandın Qroningen şəhərindəki “Martini Plaza”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Oyun İTV kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Joze Alesionun komandası ilk turda Gürcüstana 2:3 hesabı ilə uduzub. İspaniya isə Bosniya və Herseqovinanı darmadağın edib - 5:1. Yığmamız qrupdakı son oyununu yanvarın 29-da Bosniya və Herseqovinaya qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right