"Neftçi"dən ayrıldığını açıqladı

Müqavilə ilə Yunanıstanın “Olimpiakos” klubuna məxsus olan Mamadu Kane icarə əsasında çıxış etdiyi "Neftçi"dən ayrılıb.

Newsport.az xəbər verir ki, bu barədə 25 yaşlı futbolçu İnstaqram hesabında məlumat paylaşıb.

Qvineya millisinin üzvü "ağ-qaralar"a təşəkkür edib:“Neftçi”də keçirdiyim bir neçə ildən sonra bu komanda ilə vidalaşmaq vaxtı çatdı. Məni dünyaya məhz bu klub tanıtdırdı. “Neftçi”dəki hər kəslə, klub prezidenti, idman direktoru, məşqçilər, komanda yoldaşlarım və azarkeşlərlə əməkdaşlıq etmək fürsətim olduğu üçün çox şadam. Hamı bilir ki, buradan yaxşı hisslərlə ayrılır, sizinlə bölüşdüyüm bu peşəkar təcrübə ilə fəxr edirəm. Hamınızdan razı qaldım. İşimi sevdim və bu, məni son anadək motivasiya etdi. Mənə verdiklərinizə görə bir daha sizə təşəkkür edirəm”.

Qeyd edək ki, Kane 2019-cu ilin yanvarından “Neftçi”də çıxış edirdi. O, ötən yay “Olimpiakos”la 4 illik müqavilə imzalamışdı. Lakin Yunanıstan klubu futbolçunun “Neftçi”də icarə əsasında çıxışını davam etdirməsinə şərait yaratmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right