Uzun müddətdir ki, zədədən əziyyət çəkən “Qarabağ”ın legioneri Xayme Romero artıq fitnes zalındakı çalışmalarına yekun vurub.
Newsport.az saytının məlumatına görə, ispaniyalı legioner artıq stadionda məşqlərini bərpa edib.
Romero, “Qarabağ”ın 2-ci komandasında çıxış etmiş kiçik qardaşı Daniel Romero ilə stadionda fərdi məşqlərə başlayıb.
