"Sabah" Serbiya klubu ilə heç-heçə etdi

Antalyada təlim-məşq toplanışında olan "Sabah" bu gün hazırlıq çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, Murad Musayevin baş məşqçisi olduğu komanda Serbiyanın “Mladost” (Luçani) klubu ilə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

"Sabah"ın qolunu 53-cü dəqiqədə Coy-Lens Mikels vurub.

"Mladost" Serbiya Superliqasında hazırda 24 xalla 11-ci pillədə qərarlaşıb.

Masazır klubu toplanış çərçivəsində Macarıstanın “Pakş" klubu və Ukraynanın “Zarya” komandası ilə 1:1 oynayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right