Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” bu gün hazırlıq çərçivəsində sonuncu yoxlama oyununa çıxacaq.
Newsport.az xəbər verir ki, Murad Musayevin baş məşqçisi olduğu komanda Serbiyanın “Mladost” (Luçani) klubu ilə üz-üzə gələcək. Luçani təmsilçisi Serbiya Superliqasında hazırda 24 xalla 11-ci pillədə qərarlaşıb.
Matça saat 17:00-da start veriləcək.
Xatırladaq ki, “Sabah” bundan əvvəlki oyunlarında Macarıstan “Pakş"ı və Ukraynanın “Zarya”sı ilə 1:1 hesablı heç-heçə edib.
25 yanvar
17:00. "Sabah" - "Mladost"