21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Estoniya yığmasına qarşı keçirəcəyi oyunun stadionu müəyyənləşib.
Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan - Estoniya qarşılaşması martın 25-də Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək. Oyunun başlama saatı ilə bağlı məlumat veriləcək.