"Qarabağ" "Visla" matçı heç-heçə bitdi Yenilənib

Qarabağ" bu gün Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama matçını keçirəcək.

Newsport.az-ın məlumatına görə, ağdamlılar bu gün 12:00-da Çexiyanın "Bohemians" klubu ilə qarşılaşmalı idi. Amma hava şəraitinə görə, çexiyalılarla oyun baş tutmayıb.

Qurban Qurbanovun komandası 17:45-də "Visla"(Krakov) ilə üz-üzə gələcək. Krakov təmsilçisi ilə oyun 3 hissədən ibarət olacaq. 

17:45 "Qarabağ" - "Visla"(Krakov) 0:0

İstifadə edilə bilməyən penalti: Yan Kliment, 53

"Qarabağ": Luka Quqeşaşvili, Marko Veşoviç, Maksim Medvedev(k), Kevin Medina, Toral Bayramov, Qara Qarayev, İsmayıl İbrahimli, Filip Ozobiç, Kadi, Abdella Zubir, İbrahima Vadji

"Qarabağ" toplanış çərçivəsində "Qaz Metan"(0:0), "Baçka Topala"(0:1) və "Şlensk"lə (2:3) qarşılaşmışdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right