“Qəbələ” Çexiya klubuna qarşı

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün hazırlıq çərçivəsində sonuncu yoxlama oyununa çıxacaq.

Newsport.az xəbər verir ki, Elmar Baxşıyevin çalışdırdığı kollektiv Çexiyanın “Bohemians” komandası ilə üz-üzə gələcək.

Antalyadakı “İC Santai” Futbol Mərkəzində baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 16:30-da start veriləcək.

Xatırladaq ki, “Qəbələ” bundan öncəki iki yoxlama oyununda Polşa “Zaqlembe”sinə 1:2 hesabıyla uduzub, Şimali Makedoniya “Boreç”inə 1:0 hesabıyla qalib gəlib.

Yoxlama oyunu
24 yanvar

16:30. Qəbələ – Bohemians





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right