Premyer Liqamızın dünyadakı mövqeyi bəlli oldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən il üçün dünyanın ən yaxşı futbol liqalarının siyahısını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, siyahıda Azərbaycan Premyer Liqası da var.Aktivində 324 xal olan çempionatımız 60-cı yerdə qərarlaşıb. Premyer Liqamız 2020-ci il ilə müqayisədə 14 pillə irəliləyib.

Braziliyanın A seriyası ötən ilin ən yaxşı liqasıdır. Bununla İFFHS tarixində ilk dəfə (1991-ci ildən) Avropadan başqa qitə liqası (İspaniya – 13, İtaliya - 11, İngiltərə - 5, Almaniya - 1) sıralamaya başçılıq edib.

İngiltərə Premyer Liqası son 5 ildə 4-cü dəfə reytinqdə ikinci yeri tutub. 2020-ci ilin ən yaxşısı İtaliya A seriyası isə 3-cü yerə düşüb. İspaniya La Liqası 4-cü, Fransa Liqa 1-i isə 5-ci olub. Avropanın “böyük beşlik” ölkələrindən Almaniya Bundesliqası 5-ci pillədən 8-ci yerə yuvarlanıb. Türkiyə Superliqası dünyanın ən yaxşı 17-ci çempionatıdır.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right