"Neftçi" Əliyev transferindən imtina etməyib

Qışda “Ufa”nın futbolçusu Azər Əliyevi heyətinə qatmaq istəyən “Neftçi” bunu həyata keçirə bilmədi. 

Newsport.az-ın məlumatına görə, “ağ-qaralar” Azəri heyətinə qatmaq fikrindən vaz keçməyib.

Belə ki, paytaxt təmsilçisi yayda yenidən Azərə təklif göndərib, onu razı salacaq məbləğ irəli sürəcək. 

“Yenisey” yetirməsi olan Azər “Saxalin”, “Krılya Sovetov”, “Tambov” klublarında çıxış edib.

Xatırladaq ki, futbolçu "Neftçi"nin irəli sürdüyü məbləğlə razılaşmadığına görə onun transferi baş tutmamışdı.

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right