Azərbaycanın U-21 yığmasının baş məşqçisi Milan Obradoviç Ukrayna mətbuatına danışıb.
Newsport.az-ın məlumatına görə, serbiyalı mütəxəssis Azərbaycan yığmasındakı işindən söz açıb:
"İyunun əvvəlində Azərbaycanın U-21 yığması ilə seçmə mərhələ oyunlarında olacam. Amma əlimdən gələni edəcəm ki, heç olmasa bir gün Xarkova gəlim. “Metallist” haqda saatlarla danışa bilərəm.
Serbiya millisində çalışırdım. Qışda AFFA nümayəndələrilə mənimlə əlaqə saxaladı, danışdıq, daha sonra görüşdük. Yerli futbolun inkişaf proqramı haqda danışdılar və məni U-21 yığmasının baş məşqçisi qismində görmək istədiklərini dedilər.
Bu, mənim üçün böyük təcrübə idi. Serbiyanın U-17 və U-19 yığma komandalarında işləmişəm. Daha sonra Mladen Krstayiçin 1-ci köməkçisi kimi çalışmışdım.
Yeni səviyyəyə keçməyə nə qədər hazır olduğumu görməyim üçün özümü sınamaq istədim. Azərbaycan yığmasının təklifini qəbul etməyimin doğru addım olduğunu deyə bilərəm.
3 ildə U-21 yığmasından 12 futbolçu A milliyə yüksəlib. Mən hər şeydən razıyam! Azərbaycanda işləmək mənim üçün asandı və xoşdur".