"Sumqayıt" bu gün Antalyadakı təlim-məşq toplanışları çərçivəsində sonuncu yoxlama oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, komanda Şimali Makedoniya "Şkupi"si ilə üz-üzə gəlib. Bu görüşdə "Sumqayıt" 1:2 hesabı ilə uduzub.
"Şkupi" hazırda Şimali Makedoniyanın əsas çempionatında 42 xalla 1-cidir.
Qeyd edək ki, "gənclik şəhəri" təmsilçisi əvvəlki görüşlərdə Almaniyanın "Berliner AK" komandasına 2:5 hesabı ilə uduzub, Polşa "Yagelloniya"sı ilə isə qolsuz heç-heçə edib.
17:00. "Sumqayıt" - "Şkupi" - 1:2