Bu gün "Qarabağ" Antalyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyunlarını keçirib.
Newsport.az-ın məlumatına görə, Qurban Qurbanovun komandası ilk olaraq "Baçka Topola" (Serbiya) ilə üz-üzə gəlib. Matç rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ" bu görüşdə ikinci heyətin üzvlərinə də şans verib.
"Qarabağ" günün ikinci yarısında "Slyonsk"u (Polşa) sınağa çəkib. Bu matçda Ağdam təmsilçisi 2:3 hesabı ilə uduzub. "Qarabağ"ın qollarını Veşoviç (26-cı dəqiqə) və Kadi (80-ci dəqiqə) vurub. Sözügedən qarşılaşmada əsas heyətin üzvləri iştirak edib.
"Baçka Topola" Serbiyanın əsas çempionatında 26 xalla 10-cu, "Slyonsk" isə Polşa liqasında 24 xalla 10-cudur.
Qeyd edək ki, "Qarabağ" ilk matçında Rumıniyanın "Qaz Metan" komandası ilə qolsuz heç-heçə edib.
21 yanvar
"Qarabağ" - "Slyonsk" (Polşa) - 2:3
"Qarabağ" - "Baçka Topola" (Serbiya) - 0:1