“Qarabağ” Serbiya klubuna uduzdu

Türkiyənin Antalya bölgəsində təlim məşt-toplanışında olan "Qarabağ" növbəti yoxlama oyununu keçirib.

Newsport.az məlumatına görə, Ağdam təmsilçisi ikinci sınağında Serbiyanın "Baçka Topola" klubu ilə qarşılaşıb. Görüş "köhlən atlar"ın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv günün ikinci yarısında Polşa "Şlyonsk"u ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 19:00-da start götürəcək qarşılaşmada əsasən gənc oyunçulara şans veriləcək.

Qeyd edək ki, "Qarabağ" Antalyadakı ilk matçında Rumıniyanın "Qaz Metan" klubu ilə qolsuz heç-heçə edib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah