“Bu qış bütün rəqiblər arasında ən güclüsü “Qarabağ”dır” Polşa mətbuatı

Polşa mətbuatında bu gün Antalyada keçiriləcək “Qarabağ” – “Slyonsk” (Polşa) yoxlama oyunu ilə bağlı yazı dərc olunub.

Newsport.az xəbər verir ki, “Gazeta Wroclawska” nəşrində dərc edilən yazıda qeyd edilib ki, Türkiyədəki təlim-məşq toplanışı zamanı “Slyonsk”un ən çətin rəqibi məhz “Qarabağ” olacaq.

“Slyonsk”un bu qış planlaşdırılan bütün rəqibləri arasında ən güclüsü “Qarabağ”dır. Səkkizqat Azərbaycan çempionu son illərdə daxili arenada dominantlıq edib. “Qarabağ” 2013/14 mövsümündən başlayaraq dalbadal 7 dəfə çempion olub. Yalnız ötən il “Neftçi” onları dayandıra bilib. Amma hazırkı mövsümdə “Qarabağ” “Qələbə”dən 7, “Neftçi”dən isə 11 xal irəlidə olmaqla yenidən liderdir”.

“Qarabağ”ın 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində oynadığı da qeyd olunub: “Həmin vaxt bu komandada indi “Visla Plotsk”da oynayan Yakub Jezniçak da çıxış edirdi. Bu mövsüm “Qarabağ” “Bazel”, “Omoniya” və “Kayrat”ın yer aldığı qrupda 2-ci yeri tutaraq Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdə onlar Arkadiuş Milikin (Polşa millisinin hücumçusu – red.) çıxış etdiyi “Olimpik Marsel”lə qarşılaşacaq”. 

Yazıda “Qarabağ”ın hazırkı heyətindən də bəhs edilib:  “Komandanın güclü silahları sırasında mərakeşli Abdullah Zabir, Azərbaycanı təmsil edən Filip Ozobiç, Musa Qurbanlı, Ramil Şeydayev, braziliyalı maraqlı soyadlı Kadi Yuri Borxes Malinovski, seneqallı İbrahima Vadji yer alır”.

Xatırladaq ki, "Qarabağ" - "Slyonsk" oyunu bu gün Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. 

Qeyd edək ki, “Slyons”un bu qış təlim-məşq toplanışındakı rəqibləri arasında qarşılaşdığı və qarşılaşacağı komandalar “Qarabağ”la yanaşı “Varta” (Polşa), “Hartberq”, “Floridsdorfer” (hər ikisi Avstriya) və “Voyvodina”dır (Serbiya).





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah