"Qurnik"in baş məşqçisi "Zirə" ilə oyundan danışdı

“Oyun məsmunlu oldu. Təlim-məşq toplanışına yeni başlamışıq. İlk günlər həmişə ağır keçir".

Newsport.az xəbər verir ki, bu sözləri Polşanın "Qurnik" klubunun baş məşqçsi Kamil Keres "Zirə" ilə keçirilən yoxlama matçından (2:2) sonra deyib.

O, klubun mətbuat xidmətinə açıqlamasında görüş haqda bunları söyləəyib: "Bəzi futbolçular qış fasiləsindən sonra ilk matçına çıxıblar. İlk hissə gərgin keçdi. Çoxlu qayda pozuntuları, mübahisəli epizodlar oldu. Ümumiyyətlə, yaxşı oynadıq, lakin topa nəzarət etmək həmişə mümkün olmur.  İkinci hissədə daha çox şansımız oldu. Hələ ki, qalib gələ bilmirik, amma uduzmuruq da. Bizim hələ çox işimiz var”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right