"Qəbələ"nin Antalyada ikinci sınağı

Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün növbəti yoxlama oyununa çıxacaq.

Newsport.az xəbər ki, "qırmızı-qaralar" Şimali Makedoniyanın "Borats" klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Yüksək liqada çıxış edən "Borats" hazırda 12 xalla 12 komanda arasında 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Qəbələ" ilk sınaq matçında Polşa "Zaqlembe"sinə 1:2 hesabı ilə uduzub. Elmar Baxşıyevin komandası yanvarın 24-də son yoxlama matçında "Bohemians" (Çexiya) ilə üz-üzə gələcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah