“Qarabağ” kimi komandalarla rəqabət aparmaq...” - “Omoniya”nın baş məşqçisi

“Qrupumuzda önəmli komandalar oynayır”.
 
Newsport.az-ın məlumatına görə, bunu Konfrans Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Omoniya”nın baş məşqçisi Henninq Berq deyib.
 
“Kayrat”la oyunöncəsi mətbuat konfransında qrupu dəyərləndirən norveçli mütəxəssis rəqiblərin güclü olmasının onların inkişafına kömək olacağını bildirib: “Qrupda yer almaq maddi qazanc üçün şansdır. Digər tərəfdən “Bazel”, “Qarabağ”, “Kayrat” kimi komandalarla rəqabət aparmaq bizim inkişafımız üçün çox önəmlidir. Çempionatımızın səviyyəsi yaxşıdır, ancaq avrokuboklarda daha güclü klublarla oynamaq bizə yalnız kömək olar”.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right