Sxadadze “Neftçi” ilə oyunları xatrıladı

Gürcüstanın “Dinamo” (Tiflis) komandasının baş məşqçisi Kaxaber Sxadadze UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə uduzduqları oyunları xatırlayıb. Newsport.az xəbər verir ki, o, Avropa Konfrans Liqasının 2-ci mərhələsində İsrailin "Makkabi" (Hayfa) komandasına qarşı keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
“Təəssüf ki, Çempionlar Liqasında mübarizəni dayandırdıq. Əslində pis oynamadıq, sadəcə, fərdi səhvlərdən uğursuzluğa düçar olduq. Bakı klubunun heyətində bu cür səhvləri bağışlamayan yüksək səviyyəli futbolçular var. Baxmayaraq ki, "Neftçi"yə qarşı hər iki oyunda məğlubiyyətə layiq deyildik. Kim fərqli düşünürsə, mübahisə edə bilərəm. "Makkabi" ilə matçlar həmin uğursuzluğu unutdurmaq üçün yaxşı şansdır".
 
Xatırladaq ki, Tiflis təmsilçisi hər iki oyunda "Neftçi"yə 1:2 hesabı ilə uduzub.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah