Muntyanu qərar verdi: 2 avqust

Hollandiya hazırlığını başa vurub Azərbaycana qayıdan "Qəbələ" klubunda qısa müddətli istirahət başa çatır. Newsport.az saytına daxil olan məlumata görə, komanda bu gün bir araya gələcək. Rumıniyalı baş məşqçi Dorinel Muntyanunun qərarına əsasən yoxlama görüşü keçiriləcək. "Qəbələ" mövsüm öncəsi son yoxlama görüşünü avqustun 2-də keçirməyi düşünür. Amma yoxlama görüşündəki rəqib hələ dəqiqləşməyib.

 
Qeyd edək ki, "Qəbələ" Topaz Premyer Liqasının ilk turunda səfərdə "İnter"lə üz üzə gələcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right