Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Valletta” matçı televiziya vasitəsi ilə canlı yayımlanacaq. "newsport.az"ın məlumatına görə, qarşılaşma “İdman Azərbaycan” telekanalı vasitəsi ilə nümayiş etdiriləcək.Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun sabah saat 21:30-da başlayacaq.