Əsgər Abdullayev:İstefa vermək istəyirəm

"Bu oyunla bağlı heç nə deməyəcəyəm. Nəsə danışmaq çətindir".

Newsport.az -ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Araz Naxçıvan" klubunun baş məşqçisi Əsgər Abdullayev "Bakı" ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Ə.Abdullayev bu oyundan sonra istefa vermək istədiyini bildirib: "Bu günə kimi belə hadisələrlə üzləşməmişəm. Çox çətindir, yeni komanda, yeni futbolçular. Əgər mən Naxçıvan futboluna xeyir vermirəmsə, gedəcəyəm. Bu gün istefa vermək istəyində olduğumu rəhbərliyə deyəcəyəm. Özüm getmək istəyirəm".

Qeyd edək ki, "Araz Naxçıvan" Premyer Liqanın 7-ci turunda səfərdə "Bakı"ya 1:2 hesabı ilə uduzub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right