"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi

Yeni mövsümə hazırlıqlarını Ankarada davam etdirən “Turan Tovuz” bu gün yoxlama matçına çıxıb.

Newsport.az xəbər verir ki, Kurban Berdıyevin komandası Türkiyənin “Iğdır” klubu ilə qarşılaşıb.

1-ci liqa təmsilçisi ilə görüşdə "Turan Tovuz" 1:0 hesablı qələbə qazanıb. Matçdakı yeganə qolu Jo Batista vurub.

Qeyd edək ki, “Turan Tovuz” Ankara hazırlığı çərçivəsində İranın U-21 yığması və Türkiyənin 1-ci liqa təmsilçisi "Fatih Karagümrük"lə qarşılaşıb. Hər iki oyun 1:1 hesabı ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right