“Sumqayıt”ın yay təlim-məşq toplanışı planında dəyişiklik olub.
Newsport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Komanda yeni mövsümə hazırlıq çərçivəsində ilk yoxlama oyununu iyulun 19-da keçirəcək. “Qəbələ” ilə “SOCAR Polymer Arena”da baş tutacaq qarşılaşmaya saat 18:00-da start veriləcək.
Qeyd edək ki, daha əvvəl bu matçın iyulun 26-da keçirilməsi planlaşdırılırdı.