Reytinq: “Sabah” Azərbaycanın əmsalını daha da artırdı

“Sabah” UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb.

Newsport.az xəbər verir ki, bu, ölkə təmsilçisinin Uelsdə TNS komandasına UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda 2:1 hesabı ilə qalib gəlməsi sayəsində mümkün olub.

Bu qələbə sayəsində Valdas Dambrauskasun baş məşqçisi olduğu komanda Azərbaycana əlavə olaraq 0,250 əmsal qazandırıb.

Beləliklə, Azərbaycanın cari mövsümdə əldə etdiyi əmsal 1,000 olub. Ölkə hazırda 19,562 əmsalla 26-cı pillədə qərarlaşıb. 27-ci yerdə Bolqarıstan (18,312), 25-ci mövqedə İsrail (20,750) yer alıb.

UEFA reytinqində İngiltərə (101,852) liderdir.

Bakıda rəqibini iki cavabsız qolla üstələyən “Sabah” qitənin bir nömrəli klub turnirinin 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıb. Azərbaycan çempionu bu mərhələdə “Kups”la (Finlandiya) münasibətlərə aydınlıq gətirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right