"İmişli" "Kəpəz"dən ayrılan qapıçı Yusif İmanovu transfer edib.
Newsport.az xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı qolkiperlə "2+1" illik müqavilə imzalanıb.
Xatırladaq ki, Yusif İmanov "Sabah" və "Malişeva"(Kosovo) klublarında oynayıb.