İbrahim Uzunca: "Komandanın problemi pul deyil" AÇIQLAMA

Bu gün Azərbaycan Premyer Liqasının 6-cı turunda "İnter" - "Bakı"nı darmadağın edib.

Newsport.az saytının məlumatına görə, oyundan sonra qonaqların baş məşqçisi İbrahim Uzunca matçla bağlı fikirlərini bildirib:

"Bu gün bəzi şeylər çatışmadı. İstədiyimiz oyun alınmadı. Özəlliklə birinci hissə çox pis oynadı. Komanda 5-6 həftəlik müddətdə yığılan  futbolçulardan ibarətdir. Buraxdığımız qollarda özümüzün çox səhvləri oldu. Hər buraxılan qoldan sonra daha da məyyus olduq. Belə bir nəticə gözləmirdik. Futbolçularımı bu gun tanıya bilmədim. Qarşıda hələ oyunlar var. "Bakı"nın ilk belə biabırçı məğlubiyyətidir. Buna görə, hər kəsdən üzr istəyirəm".

Türkiyəli mütəxəsis komandada həmçinin çatışmayan bir problemin olduğunu, lakin bunun maliyyə məsələsi olmadığını deyib:

"Mənim futbolçularım oyuna çıxdığı andan pul məsələsini unudur. Yenə deyirəm bu məğlubiyyətə görə, hər kəsdən üzr istəyirəm. Komandanın toparlanması üçün əlimdən gələn hər şeyi edəcəm".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right