"İlk dəqiqədən sonuncusuna kimi Norveç millisi bizdən güclü oynadı. Komanda kimi bizi xeyli üstələdilər”.
Newsport.az-ın məlumatına görə, bu sözləri Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç deyib.
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində səfərdə Norveçə 0:2 hesabıyla uduzan "damalılar”ın çalışdırıcısı yetirmələrinin ürəklə oynamadığını qabardıb:
"Yalnız ikinci hissənin ilk 10 dəqiqəsində təşəbbüsü ələ ala bildik. Bir neçə imkanımız olsa da, yenə fərqlənməklə bağlı problem yaşadıq. Qol vura bilmirsənsə, qalib də gələ bilmərsən. Norveçin güclü komanda olduğunu, standart vəziyyətlər zamanı təhlükəli olduqlarını bilirdik. Amma bunun qarşısını ala bilmədik. Çünki rəqib bütün ürəyi ilə oynayırdı. Onların ürəkləri isə cəsarətlidi. Bizim futbolçular isə
bunu bacarmadı. Son oyunlarda təəssüf ki, ürəklə, tam konsentrasiya ilə oynaya bilmirlər. Səbəbini bilmirəm”.
Kovaç qrup ikinciliyi uğrunda sona qədər mübarizə aparacaqlarını bu sözlərlə ifadə edib: "Düzdür, pis oynadıq, amma bu həyatdı. Təslim olmaq vaxtı deyil. İtaliya ilə Norveçin oyunu bizim üçün çox əhəmiyyətli olacaq. Təbii ki, biz son 2 oyunda qalib gəlsək”.