Buffon: “Millinin heyətində 200 oyun keçirmək istəyirəm”

“Yuventus”un qapıçısı Canluici Buffon yaxın gələcəkdə millidəki karyerasını başa vurmaq fikrində deyil. 

Newsport.az-ın məlumatına görə, təcrübəli qolkiper bu haqda deyib: 

“Millidə 150 oyun - bu, yaxşı göstəricidir. Lakin ümid edirəm ki, gələcəkdə də yüksəksəviyyəli oyun nümayiş etdirə biləcəyəm. Gələcəkdə yığmada 10, 20, ya da 30 oyun keçirə bilərəm. Amma məqsədim 200-ə çatmaqdır”.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right