"Azərbaycanla oyuna da İtaliya ilə görüşdəki kimi yaxşı köklənməliyik”.
Newsport.az-ın məlumatına görə, bu sözləri Malta yığmasının kapitanı Roderik Briffa deyib.
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşən futbolçu uğur qazanacaqlarına əmin olduğunu deyib: " Biz bu oyuna yaxşı hazırlaşmışıq. Lazım olan bəzi məqamlar üzərində xüsusi çalışmışıq. Hazırda komandada birlik var. Uğur qazancağımıza əminəm”.