Kaxaber Sxadadze: "Təzyiqi bir qədər də artırsaydıq, daha çox qol vurardıq"

"Turnir cədvəlindəki vəziyyət Şotlandiyanı daha çox motivə edirdi. Lakin biz yaxşı oynadıq və vacib qələbə qazandıq". 

Newsport.az-ın məlumatına görə, bu sözləri Gürcüstan millisinin baş məşqçisi Kaxaber Sxadadze "Avro-2016"nın seçmə mərhələsində Şotlandiyaya qalib gəldikləri (1:0) oyundan sonra deyib.

Ölkəsinin mətbuatına danışan Bakı "İnter"inin sabiq çalışdırıcısı futbolçularının efyoriyaya qapılmamalı olduqlarını bildirib: "Şotlandiyanın 100 faizlik qol imkanı olmadı. Futbolçularıma təşəkkür edirəm.

Onlar möhtəşəm oynadı. Təzyiqi bir qədər də artırsaydıq, daha çox qol vurardıq. Futbolçular eyforiyaya qapılmamalıdırlar. Biz bir qələbə ilə kifayətlənməməliyik. Hər zaman futbolçularımı ambisiyalı görmək istəyirəm. Əgər futbolçular sonadək mənimlə olsalar, uğurun ardı gələcək".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right