Son Almaniya çempionu "Bavariya” növbəti transferini reallaşdırıb.
Newsport.az-ın məlumatına görə, Bundesliqa klubu "Yuventus”un gənc oyunçusu Kingsley Komanı rənglərinə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mənbədə yer alan məlumata görə, Koman növbəti 2 mövsümü icarə əsasında "Bavariya”nın heyətində keçirəcək.
Qeyd edək ki, 19 yaşlı müdafiəçi "Yuventus”un 15 rəsmi oyununda iştirak edib. O, həmçinin 21 yaşadək futbolçulardan ibarət Fransa milli komandasının da üzvüdür.